Yevgeni Koçuk "Sabah"da

15:44 28 Yanvar 2020

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Moldova millisinin yarımmüdafiəçisi Yevgeni Koçukla 1,5 illik müqavilə imzalayıb.26 yaşlı futbolçu karyerası ərzində “Daçia” (Moldova) və “Jilina” (Slovakiya) klublarının uğurları üçün çalışıb. Onun son komandası “Səbail” olub.

 

Qeyd edək ki, Koçuk 2015-ci ildən şərəfini qoruduğu Moldova millisində 19 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti