AÇ-2020-nin final mərhələsində iştirak edəcək yığmalar turnir ərzində məskunlaşacağı şəhərləri müəyyənləşdiriblər.
Sportarena.az xəbər verir ki, A qrupunda iki oyununu Bakıda keçirəcək 3 komanda - Türkiyə, Uels və İsveçrə də seçimini edib.Türklər və britaniyalılar Bakıda qalmağa üstünlük veriblər. İsveçrə yığması isə İtaliyada məskunlaşacaq.
Qrup mərhələsinin Türkiyə - Uels, Uels - İsveçrə və İsveçrə - Türkiyə matçları ilə yanaşı, 1/4 finalın bir oyunu da Bakı Olimpiya Stadionunda keçiriləcək.