"Tottenhem"in futbolçusu Kristian Eriksenin yeni klubu rəsmən açıqlanıb.
Sportarena.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını İtaliya "İnter"ində davam etdirəcək.Futbolçu ilə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Eriksen helikopter qəzası nəticəsində dünyasını dəyişmiş basketbolçu Kobi Brayanta ehtiram əlaməti olaraq onun forma nömrəsini - 24-ü seçib.