“Sportinq”in (Lissabon) oyunçusu Bruno Fernandes karyerasını İngiltərədə davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, portuqaliyalı oyunçu “Mançester Yunayted”in maraq dairəsindədir.25 yaşlı futbolçunun Mançester təmsilçisi ilə 4 illik müqavilə imzalayacağı bildirilib. Lissabon klubu isə bu transferdən 55 milyon avro qazanacaq. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Bruno Fernades bu mövsüm “Sportinq” ilə çıxdığı oyunlarda 13 qol vurub.