Transfer çalışmalarını davam etdirən “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, paraqvaylı hücumçu Xulio Rodriqes bundan sonra Sabah” klubunun uğurları üçün çalışacaq. 29 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Karyerası ərzində Argentinanın “Defensa”, “Berasateqi”, “Qodoy Kruz”, “Atletiko Union”, “Arsenal”, Meksikanın “Dorados de Sinaloa”, Paraqvayın “Deportivo Kapiata” klublarında çıxış etmiş hücumçunun son komandası “Zirə” olub.
Xatırladaq ki, Rodriqes qış fasiləsində komandaya qoşulan üçüncü futbolçudur. Paraqvaylı hücumçudan öncə Mario Marina, Marko Deviç və Yevgeni Koçukla müqavilə bağlanmışdı.