Məşhur türk məşqçi millimizi çalışdıra bilər - SON DURUM

11:01 30 Yanvar 2020

Milli komandamızın baş məşqçi postuna daha bir namizəd müəyyəqləşib.

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Milliyət" nəşri məlumat yayıb. İddia olunur ki, hazırda "Fənərbaxça"nı çalışdıran Ersun Yanal millimizin baş məşqçi postuna namizəddi. 

 

Qeyd edək ki, Ersun Yanal 2018-ci ildən "Fənərbaxça"nı çalışdırır. 47 yaşlı mütəxəssis 2013-2014-cü illərdə də bu komandaya başçılıq edib. O həmçinin məşqçi karyerası arasında "Dənizlispor", "Yeni Salihspor", "Ankaragücü", "Manisaspor", "Trabzonspor", "Eskişəhərspor" klublarını və Türkiyə millisini (2004-2005) çalışdırıb.

 

Onu da qeyd edək ki, Ersun Yanaldan başqa Oleq Kononov, Canni de Byazi, Branko İvankoviç, Luici di Byaco və Çezare Prandellinin də millimizi çalışdırmağa namizədlər arasındadı.


Digər xəbərlər

Xəbər xətti