Mehdi Hüseynzadə adına stadionda söküntü işləri başa çatıb.
Sportarena.az xəbər verir ki, stadionda artıq yenidənqurma işlərinə başlanılıb.
Prezident İlham Əliyevin 2019-cu ilin dekabrında imzaladığı sərəncamına əsasən Prezidentin ehtiyat fondundan bu məqsədlə 5 milyon manat ayrılıb.