Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev Tokio-2020 olimpiadası ilə bağlı hədəflərindən danışıb.
Sportarena.az xəbər verir ki, qızıl medalı hədəfləyən Ramil “Sputnik Azərbaycan”a müsahibəsində mükafatçılar sırasına düşəcəyi halda, Türkiyə və Azərbaycan bayraqlarını dalğalandıracağını deyib:
“Allah etsin ki, mən Tokiodakı olimpiadada mükafat qazanım. Bu halda əlbəttə, qaçış zolağına iki bayraqla çıxacağam”.
29 yaşlı atlet 2017-ci ildə dünya çempionu olarkən Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurmuşdu.