"Qalatasaray" azərbaycanlı futbolçusunu icarəyə verdi

15:41 30 Yanvar 2020

Müqavilə ilə "Qalatasaray"a məxsus olan Azərbaycan millisinin futbolçusu Mutlu Aksu Doğanın yeni klubu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Karakörpü Bələdiyyəspor"a icarəyə verilib. O, mövsümün sonunadək 3-cü liqa klubunda çıxış edəcək.

 

Qeyd edək ki, əslən azərbaycanlı olan gənc oyunçu 2016-cı ildə Azərbaycanın U-17 yığmasına dəvət edilib və 1 qol vurub. O, "Qalatasaray"ın U-19 və U-21 komandalarında, eləcə də "Kocaelispor"da çıxış edib. Mutlu Aksu Doğan ötən mövsüm Türkiyə Kubokunda iki oyunun iştirakçısı olub. 


Digər xəbərlər

Xəbər xətti