Azərbaycan Premyer Liqasında XVI turun oyunlarının vaxtı dəyişdirilib.
Sportarena.az Futbolpress.az-a istinadən xəbər verir ki, matçlar əvvəldən nəzərdə tutulduğu kimi 8, 9 fevral tarixlərində baş tutmayacaq.Buna səbəb fevralın 9-da ölkədə parlament seçkilərinin keçirilməsidi. Bizdə olan məlumata görə, seçkiləri nəzərə alan PFL oyunları 1 gün əvvələ çəkməyi məqsədəuyğun hesab edib. Beləliklə, XVI tur oyunları 7-8 fevral tarixlərində baş tutacaq.
Əvvəlcədən ayın 8-ə salınan "Keşlə" - "Səbail" və "Sabah" - "Qəbələ" matçları 7 fevralda, ayın 9-da keçirilməli olan "Sumqayıt" - "Zirə" və "Qarabağ" - "Neftçi" görüşlərinin isə 8 fevralda baş tutması planlaşdırılır.