"Qəbələ"də yeni sponsor

13:11 31 Yanvar 2020

Ötən ilin sonu “Jalə” brendi ilə sponsorluq anlaşmasına imza atan “Qəbələ” İdman Klubu ölkəmizin daha bir tanınmış markası ilə əməkdaşlığa start verir.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, süd məhsulları istehsalında lider marka olan “Milla” brendi artıq komandanın titul sponsorudur. “Qəbələ” İdman Klubu ilə “Milla” arasındakı sponsorluq razılaşması 2020-2021-ci illəri əhatə edir. Razılaşmaya əsasən, əsas komandanın oyun formalarının ön hissəsində “Milla” brendinin loqosu əks olunacaq. 

 

2011-ci ildən fəaliyyət göstərən “Milla” brendi böyük təcrübəyə malik kollektiv, keyfiyyətli xammal, ən son emal qablaşdırma texnologiyaları və dünya səviyyəli keyfiyyətə nəzarət sistemlərinin tətbiqi ilə istehlakçılarına təbii süddən hazırlanmış məhsulları təklif edir. 2020-ci ildə "Milla" markası bir çox yeniliklər ilə müştərilərini sevindirməyə davam edəcək.


Digər xəbərlər

Xəbər xətti