Qurban Qurbanov: “Qarşıdakı oyuna vaxtımız azdı"

08:35 3 Fevral 2020

"Çox vacib 3 xal qazandıq. İlk oyunlarda istədiyimizi meydanda görmək çətindir. Futbolçular təmkinli idilər. Yaxşı rəqibə qarşı oynadıq. Bizim üçün asan olmadı. Futbolçularımı təbrik edirəm".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XV turunda "Səbail"i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.48 yaşlı mütəxəssis qış transfer dönəmində komandanı tərk edən Riçard Almeyda haqqında da danışıb. O, bildirib ki, Braziliya əsilli yarımmüdafiəçi Ağdam təmsilçisi üçün vacib oyunçu olub: "Bu gün komandada olan futbolçular da bizim üçün vacibdir”.

 

Təcrübəli məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:

 

- Ovusunun tam formaya düşməsi üçün nə qədər vaxt lazımdır?

- Buna dəqiq cavab verə bilməyəcəm. Sadəcə, komandaya uyğunlaşmaq problemi ola bilər. Fiziki formasını bərpa etmək çətin olmayacaq. 2 gün əvvəl yüngül zədə alıb. Ona görə bu gün risk etmədik. Bir az vaxt lazım olacaq.

 

- "Neftçi” ilə oyundan nə gözləyirsiniz?

- Heç kimin qarşısını almaq istəmirik. Yuxarı yerləri tutmaq niyyətindəyik. Qarşıdakı oyuna vaxtımız azdır. "Neftçi” istəklidir. Onlara qarşı oyunlarımız maraqlı olur. Çalışırıq ki, rəqibi daha yaxından təhlil edək. Komandaya yeni məşqçi gəlib. Buna görə də ola bilsin, bizim daha çox düşünməyimiz lazım olsun.(report.az)


Digər xəbərlər

Xəbər xətti