"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin "Fənərbaxça" klubunda çıxış edən Alper Potukun Ağdam təmsilçisinə keçmək ehtimalı barədə danışıb.
Sportarena.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Premyer Liqanın XV turunda "Səbail"i məğlub etdikləri oyundan sonra mətbuat konfransında türkiyəli yarımmüdafiəçinin transferinin gündəmdə olduğunu vurğulayıb:
"Bizdən asılı olan hər şeyi etmişik. O qədər də asan deyil. Son dəqiqələrə qədər danışıqlar olacaq. Dünən bir oyunçudan "yox" cavabı aldıq. Görünən odur ki, alınsa, Alper Potukun keçidi reallaşacaq, alınmasa heç kimin".