Pauerliftinq üzrə dünya çempionu Rövşən Xəlilova zabit rütbəsi verilib.
Sportarena.az xəbər verir ki, xidmətdə və idmanda qazandığı uğurlara görə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrlə ona leytenant rütbəsi təqdim olunub.
Xəlilova leytenant poqonlarını Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Paşayev təqdim edib.(oxu.az)