Ramazanovdan 41-ci qol

18:24 3 Fevral 2020

Ağabala Ramazanov "Zirə”dəki debüt oyununda qol hesabını açıb. 

 

Sportarena.az xəbər verir ki, hücumçu Azərbaycan Premyer Liqasının XV turunun "Sabah”la görüşündə (2:0) bunu gerçəkləşdirib.O, 45+1-ci dəqiqədə qonaqların qapısına yol tapıb. Ağabala klub tarixinə Premyer Liqada qol vuran 41-ci oyunçu kimi düşüb. Ona qədər 40 futbolçu rəqib qapısından top keçirmişdi.

 

Ramazanov "Zirə”nin heyətində Premyer Liqadakı debüt matçında qol hesabını açan 4-cü futbolçudur. "Sabah”la qarşılaşmaya qədər qol sevinci yaşayan 40 oyunçudan yalnız üçü ilk qarşılaşmada fərqlənmişdi. 2015-ci ildə Viktor İqbekoyi AZAL-la ev (1:0), 2018-ci ildə Aleksandr Dedov "Qəbələ”ylə səfər (1:2), Pərdis Fərcad-Azad "Keşlə”ylə ev (2:2) görüşündə buna nail olub.


Digər xəbərlər

Xəbər xətti