"CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində AFFA İcraiyyə Komitəsində qəbul edilən son qərarlar, millimizə baş məşqçi təyinatı məsələsi və sair məsələlər müzakirə olunub.
Sportarena.az xəbər verir ki, verilişin qonaqları – “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov U-23 millisinin yaradılmasına da toxunublar. R.Sadıqov bu qərarı tənqid edib: “Bu saatlarla müzakirə olunan məsələdir.Kobud olsa da, deməliyəm ki, mənasız qərardır. Çünki futbolçu sayımız azdır və orada kim çıxış edəcək? U-20 millisini yaratmaq daha yaxşıdır”.
Verilişin U-23-lə bağlı müzakirəsinə videonun 2.35-ci dəqiqəsindən 8.40-cı dəqiqəsinədək olan hissəsində baxa bilərsiniz.