Türkiyənin "Fənərbağça" klubu futbolçusu Alper Potuku heyətdən kənarlaşdırıb.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı yarımmüdafiəçinin adını mövsümün ikinci yarısı üçün Türkiyə Futbol Federasiyasına təqdim olunan siyahıya daxil etməyib.
Qeyd edək ki, Alper Potukun xidmətində son Azərbaycan çempionu "Qarabağ" da maraqlıdır. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov da futbolçu ilə danışıqlar aparıldığını təsdiqləmişdi.