Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan polis tərəfindən saxlanılıb.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı onun vəkili Amram Makinyan yayıb.Ermənistan mətbuatının yaydığı xəbərə görə, o, qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinir.
Qeyd edək ki, Ayrapetyan 2002-2018-ci illərdə Ermənistan Futbol Federasiyasının rəhbəri olub. (Qafqazinfo)