Millimizin üzvünü Almaniya vətəndaşı kimi təqdim etdilər

13:29 6 Fevral 2020

İngiltərənin “Vulverhempton” klubu Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovu Avropa Liqasına sifariş edib.

 

Sportarena.az xəbər verir ki, 21 yaşlı hücumçunun adı mövsümün ikinci yarısı üçün iştirak ərizəsinə salınıb.Ancaq siyahıda Renat Dadaşov Almaniya vətəndaşı kimi göstərilib. Millimizin üzvü meydana 40 nömrəli forma ilə çıxacaq.

 
“Vulverhempton” 1/16 finalda İspaniya “Espanyol”u ilə üz-üzə gələcək. İngiltərə klubu ilk oyununu fevralın 20-də evdə, cavab görüşü fevralın 27-də səfərdə keçirəcək.
 

Qeyd edək ki, Renat Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pakuş de Ferreyra” klubunda keçirib. 


Digər xəbərlər

Xəbər xətti