Alper Potukun “Qarabağ”a transferi baş tutmadı

17:19 7 Fevral 2020

Türkiyə mətbuatı qış fasiləsi zamanı “Fənərbaxça”nın futbolçusu Alper Potukun “Qarabağ”a transferinin baş tutmamasının səbəbini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, İstanbul klubu yarımmüdafiəçisinin mövsümün sonunadək Azərbaycanda oynamasına razılıq verib. Bu halda onun maaşının yarısını “Fənərbaxça”, yarısını isə “Qarabağ” ödəyəcəkmiş.

 

Qeyri-rəsmi xəbərə görə, söhbət ümumən 600 min avrodan gedirmiş. Amma Alper son anda “Qarabağ”dan oynamaqdan imtina edib.


Digər xəbərlər

Xəbər xətti