"Qarabağ"dan ayrılan Dani Kintana Çinin birinci liqa təmsilçisi "Çendu Better Siti"nin düşərgəsinə qoşulub.
Sportarena.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə 2020-ci ilin dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Qeyd edək ki, 2015-ci ildə "Qarabağ"a transfer olunan 32 yaşlı yarımmüdafiəçi Ağdam klubunda 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.