Himni alt paltarında oxudu, ara qarışdı - QALMAQALLI VİDEO

14:35 9 Fevral 2020

Ukrayna millisinin və Türkiyənin “Rizəspor” klubunun yarımmüdafiəçisi Nikolay Morozyukun həyat yoldaşı İrina Morozyuk həbs oluna bilər.

 

Sportarena.az qol.az-a istinadən xəbər verir ki, bu günlərdə İrina sosial şəbəkədə qalmaqala səbəb olan video paylaşıb. Videoda o, alt paltarında Ukraynanın dövlət himnini ifa edib. Bundan başqa, onun alt paltarında dövlət bayrağının rənglərindən bir əksini tapıb. Bu isə Ukraynada narazılığa səbəb olub.

 

Hüquqşünas Yuri Yurçenko bildirib ki, İrinanın bu şəkildə himni ifa etməsi dövlət rəmzinə təhqirdir. “Qanunla o, 6 aydan 3 ilədək həbs oluna bilər” – deyə Yurçenko bildirib.

 

 


Digər xəbərlər

Xəbər xətti