“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün XVI turunun ən yaxşı futbolçusu məlum olub.
Sportarena.az xəbər verir ki, bu, 325 göstərici ilə “Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfovdur. Gənc futbolçu “Zirə”yə qarşı görüşdə (2:1) 90 dəqiqə meydan olub və komandasının qələbə qoluna imza atıb.