Azərbaycan atleti Rüstəm Məmmədov İstanbulda keçirilən 20 yaşadək idmançılar arasında IV Balkan çempionatında gümüş medal qazanıb.
Sportarena.az xəbər verir ki, atletimiz üç təkanla tullanma növündə 15,36 metr nəticə göstərərək ikinci yeri tutub.Turnirdə atletlərimiz yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Nazim İsrafilovun rəhbərliyi altında mübarizə aparırlar.