Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Bülent Korkmaz çalışdıracaq.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 51 yaşlı mütəxəssislə 1,5 illik razılıq əldə olunub. “Konyaspor” tezliklə yeni baş məşqçisi üçün təqdimat mərasimi təşkil edəcək.
Bülent Korkmaz bu postda bir neçə gün öncə istefaya göndərilən Aykut Kocamanı əvəz edib. Son olaraq “Antalyaspor”un baş məşqçisi olmuş Korkmaz, “Qalatasaray”, “Mersin İdmanyurdu”, “Kayseri Erciyesspor”, “İstanbul BB”, “Karabükspor” klublarında da çalışıb. O, 2009/10 mövsümündə “Bakı”da da baş məşqçi kimi fəaliyyət göstərib.