U-23 millisi yaradılmayacaq

12:09 13 Fevral 2020

Azərbaycanın U-23 millisinin yaradılması ideyası qəbul edilməyib.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov "Azərbaycan Radio"suna müsahibəsində bildirib. O, bununla bağlı konkret qərar verildiyini deyib:

 

“İcraiyyə Komitəsinin iclasında belə bir fikir səsləndirildi. Amma bu ideya təsdiqlənmədi. Konkret mənim fikrimi bilmək istəyirsinizsə, məncə U-23 milli yaratmağa ehtiyac yoxdur. Çünki 22 ya da 23 yaşlı futbolçu əsas millidə oynamalıdır. Hazırda bizim milli komandamızda hər rəsmi oyunda ən azı 2 nəfər bu yaşda futbolçu olur. Bu təklif bizim sistemə uyğun gəlmir. Onsuzda Premyer Liqada limit var. Ona görə də bu məsələ gündəmimizdə deyil”.


Digər xəbərlər

Xəbər xətti