Türkiyəli məşqçi Abdullah Avcının Azərbaycan millisinin baş məşqçi postuna ən real namizəd olduğunu və AFFA-nın ona təklif göndərdiyini xəbər vermişdik.
Sportarena.az xəbər verir ki, o, bu təklifi qəbul etməyib. Məlumatı “TRT Spor” yayıb. Bildilir ki, Avcı milli komanda çalışdırmaq istəmədiyini və bir müddət istirahətə ehtiyacı olduğunu deyərək təklifdən imtina edib.