"Qarabağ" yeni layihəyə start verib.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ın akademiya heyəti bu gün Müşfiqabad qəsəbəsində olub. Akademiyanın məşqçi heyətinin iştirakı ilə 100-dən çox uşağa baxış keçirilib.
Klub bu layihəni reallaşdırmaqla komandaya və Azərbaycan futboluna yeni adlar qazandırmağa çalışdığını vurğulayıb. Bu layihənin digər bölgələrimizdə də keçiriləcəyi bildirilib.