Turinin “Yuventus”u “Bavariya” və Fransa yığmasının yarımmüdafiəçisi Koranten Tolissonu almaq istəyir.
Sportarena.az xəbər verir ki, öz növbəsində, bavariyalılar da 25 yaşlı dünya çempionu ilə ayrılmağa hazırdılar. Almaniya çempionları fransızı 40 milyon avro məbləğində dəyərləndirir. Cari mövsümdə Koranten münhenlilər üçün bütün turnirlərin 19 matçında oynayıb, üç qol vurub və qolla nəticələnən üç ötürmə edib.