Ulduz futbolçu karyerasına görə sevgilisindən ayrıldı - FOTOLAR

11:00 14 Fevral 2020

"Mançester Siti"nin forvardı Qabriel Xesus model sevglisi Fernanda Queyrozla ayrılıb.

 

Sportrena.az xəbər verir ki, cütlük bir neçə aydı birlikdə yaşayırmış. Amma Qabriel Xesus kimsəyə bağlı qalmaq istəmədiyi və bütün diqqətini karyerasına yönəltmək üçün bu addımı atıb.

 

Qeyd edək ki, Qabriel Xesusla Fernanda Queyrozun münasibətləri ötən yay başlamışdı. 22 yaşlı model ötən ilin oktyabrında Braziliyadan İngiltərəyə köçərək futbolçu ilə yaşamağa başlamışdı. 

 

Bir müddət əvvəl ailəsini görmək üçün vətəninə yollanan Fernanda Queyroz İngiltərəyə döndüyü zamanı Qabriel Xesus ona ayrılmaq istədiyini bildirib. 



Digər xəbərlər

Xəbər xətti