Premyer Liqada 17-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, ikinci gündə iki matç baş tutub. "Səbail" evdə "Qəbələ" ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.Turun son matçında "Neftçi" "Keşlə"ni 3:1 hesabı ilə məğlub edib.
“Səbail” – “Qəbələ” - 3:1
Qollar: Mirsahib Abbasov, 56, Rauf Əliyev, 70, Hendrik Ekşteyn, 82 (pen.) - Nikolas Raysel, 16
Qırmızı vərəqə: Fernan Lopes, 75 ("Qəbələ")
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“ASCO Arena”, 16:30.
“Neftçi” – “Keşlə” - 3:1
Qollar: Baqali Dabo, 11, Mamadu Mboc,17, Stiven Monroz, 58 - Sezar Meza Kolli, 53 (pen.)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bakcell Arena”, 19:00.