Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb.
Sportarena.az xəbər verir ki, 17-ci turda qapılara 17 qol vurulub. “Zirə” – “Qarabağ” (0:6) görüşündə altı, “Neftçi” – “Keşlə” və “Səbail” – “Qəbələ” (hər ikisi 3:1) matçlarında dörd, “Sumqayıt” – “Sabah” (1:2) oyununda üç top vurulub.
Turun 4 qarşılaşmasında meydan sahibləri 7, qonaqlar 10 dəfə fərqlənib. Orta məhsuldarlıq 4,25-ə bərabər olub. Bu, mövsümün ən yüksək göstəricisidir. Əvvəlki rekord 16 qolun qeydə alındığı XII tura təsadüf edib.
Ölkə çempionatlarında orta məhsuldarlığın 4,25 və ya daha yüksək olması sonuncu dəfə ötən mövsüm qeydə alınmışdı. 2018/19 mövsümünün XI turunda da indiki kimi 17 qol vurulub.