Daha bir idmançımız olimpiadaya lisenziya qazandı

19:08 17 Fevral 2020

İrina Zaretska (68 kq) Dubayda Karate1 Premyer Liqa turnirinin bürünc medalını qazanıb.

 

Sportarena.az xəbər verir ki, o, bununla həm də Tokio olimpiadasına lisenziyanı vaxtından əvvəl təmin edib.Karateçimiz Tokio Yay Olimpiya Oyunlarında +61 kq çəki dərəcəsində yarışacaq. Xatırladaq ki, o Dünya Karate Federasiyasının (WKF) reytinq cədvəlinin və olimpiya reytinq cədvəlinin lideridi.
 

Bu nəticəyə baxmayaraq, Zaretska hər iki reytinq cədvəlində mövqeyini qorumaq üçün qarşıdakı yarışlara da qatılacaq. Rafael Ağayevə isə olimpiya lisenziyası almaq üçün 3 qələbənin reytinq xalları bəs edir.


Digər xəbərlər

Xəbər xətti