Azərbaycan millisinin futbolçusu Renat Dadaşov “Vulverhempton”un U-23 komandasında növbəti matçını keçirib.
Sportarena.az xəbər verir ki, komanda XVII turda “Liverpul”la üz-üzə gəlib.Qarşılaşma “Vulverhempton”un 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 21 yaşlı hücumçu görüşə start heyətdə başlayıb və sona qədər meydanda olub.
71-ci dəqiqədə meydan sahibləri 0:1 hesabı ilə geridə olarkən cərimə meydançasında Dadaşova qarşı kobudluq edilib və forvard komandasına penalti vurmaq imkanı qazandırıb.Penaltini isə onun komanda yoldaşı Chem Kempbell dəqiq yerinə yetirib. “Liverpul” 17 turdan sonra birinci qrupda 26 xalla 5-ci, “Vulverhempton” isə 11 xalla sonuncu - 12-ci yerdədir.