“InStat”ın təhlilinə əsasən Premyer Liqada 17-ci turun ən yaxşı futbolçusu məlum olub.
Sportarena.az xəbər verir ki, bu, 349 göstərici ilə “Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubirdir.
Əlcəzairli futbolçu “Zirə”yə qarşı görüşdə (6:0) 90 dəqiqə meydanda olub, 1 qol, 1 məhsuldar və 3 açar ötürmə ilə yadda qalıb.