"Neftçi" və "Sabah" cərimələndi

13:08 18 Fevral 2020

AFFA İntizam Komitəsi "Neftçi" və "Sabah" klublarını cəzalandırıb. 

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçilərini öz futbolçuları ziyana salıb. "Neftçi" "Keşlə" ilə keçirdiyi Azərbaycan Premyer Liqasının XVII tur matçında 5 oyunçusunun sarı vərəqə alması səbəbindən 800 manat cəriməyə məruz qalıb. Eyni məbləğdə cəriməni "Sabah" "Sumqayıt"la qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması üzündən ödəməli olacaq.  

 

Qeyd edək ki, "Neftçi" evdə "Keşlə"ni 3:1, "Sabah" isə "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə yenib. 


Digər xəbərlər

Xəbər xətti