AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, Premyer Liqanın 17-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edildi:
Premyer Liqanın XVII turunun “Səbail” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 21 nömrəli futbolçusu Fernan Lopes ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;
Premyer Liqanın XVII turunun “Neftçi” – “Keşlə” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Premyer Liqanın XVII turunun “Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində “Zirə” klubunun 7 nömrəli futbolçusu Cavid Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur;
Premyer Liqanın XVII turunun “Sumqayıt” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.