Ronaldo sevgilisinə hər ay nə qədər pul xərcləyir?

14:42 19 Fevral 2020

“Yuventus”dan ildə 28 milyon avro qazanan Kristiano Ronaldonun sevgilisi Corcina Rodriqezə verdiyi aylıq xərcin məbləği bəlli olub.

 

Sportarena.az xəbər verir ki, futbolçu 3 yaşlı qızı Alana Martinanın anasına lüks həyatı üçün ayda 105 min dollar verir. 26 yaşlı model eyni zamanda Ronaldonun surroqat ana vasitəsilə dünyaya gələn digər 3 övladına da baxır.

 

Corcina bu yaxınlarda Ronaldoya ad günü hədiyyəsi olaraq “Mercedes” markalı avtomobil hədiyyə etmişdi.


Digər xəbərlər

Xəbər xətti