Nazim Babayev olimpiadaya lisenziya qazandı

09:22 20 Fevral 2020

Fevralın 19-da Avropa çempionu Nazim Babayev Fransanın Lievin şəhərində keçirilən atletika üzrə “Meeting Hauts de France pas de Calais” beynəlxalq turnirində iştirak edib.

 

Sportarena.az xəbər verir ki, turnir cari ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Üç təkanla tullanma növündə mübarizə aparan Nazim Babayev yarışda 17,15 metr nəticə göstərərək “Tokio 2020” lisenziya qazanıb. Atletimiz göstərdiyi bu nəticə ilə hazırda yarışda ikinci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, N.Babayev fevralın 15-də İstanbulda keçirilən Balkan çempionatında qızıl medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti