Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
Sportarena.az xəbər verir ki, simvolik heyətdə “Valensiya”nı məğlub edən (4:1) “Atalanta”nın 4 futbolçu yer alıb.
Qapıçı: Peter Qulaçi (“Leyptsiq”);
Müdafiəçilər: Renan Lodi, Felipe (“Atletiko”), Konrad Laymer (“Leyptsiq”), Hans Hatebur (“Atalanta”);
Yarımmüdafiəçilər: Denis Çerışev (“Valensiya”), Saul Niqes (“Atletiko”), Remo Froyler, Mario Pasaliç, Yosip İliçiç (“Atalanta”);
Hücumçu: Erlinq Holand (“Borussiya”).