AFFA daha bir futbolçunu milliləşdirdi

13:22 21 Fevral 2020

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni oyunçu çağırılıb.

 

Sportarena.az xəbər verir ki, "Hoffenhaym”ın müdafiəçisi Kaan Özkaya ilk dəfə yığmamıza dəvət edilib.

 

Yeni milliləşdirilən 18 yaşlı oyunçu "Hoffenhaym” futbol məktəbinin yetirməsidir. Mannheymdə anadan olan Özkayanın Almaniya və Türkiyə vətəndaşlığı olub. Gənc müdafiəçi ötən ilin yayında "Hoffenhaym”ın U-17 komandasından U-19-una yüksəlib. Onun Almaniya klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

 

Qeyd edək ki, U-19 millimiz fevralın 22-dən 28-dək Bakıda təlim-məşq toplanışında olacaq.(Apasport.az)



Digər xəbərlər

Xəbər xətti