“Qalatasaray”ın derbidə “Fənərbaxça”nı 3:1 hesabı ilə məğlub etməsindən sonra “Şükrü Saracoğlu” stadionunda qalmaqal yaşanıb.
Sportarena.az xəbər verir ki, 21 il sonra rəqibinə Kadıköydə məğlub olan “Fənərbaxça”nın azarkeşləri klubun prezidenti Ali Koçla baş məşqçi Ersun Yanalın ünvanına təhqiramiz ifadələr işlədiblər. Ali Koç bu təhqirlərə dözməyib protokol tribunasından aşağı düşərək azarkeşlərin üzərinə atılıb.