İtaliyada koronavirus təhlükəsi futbol üzrə ölkə çempionatına da təsir edib.
Sportarena.az xəbər verir ki, ölkənin Baş Naziri Cüzeppe Konte növbəti həftə İtaliyadakı yarışların təxirə salına biləcəyini deyib:
"Bir həftə içində virusun yayılma sürətinin azalacağını düşünmürük. Vəziyyəti dəyərləndiririk. Növbəti həftə bütün oyunların təxirə salınması məsələsini müzakirə edəcəyik".
Qeyd edək ki, ötən tur A seriyasında 4 oyun təxirə salınmışdı.