Avropa Liqasında 1/8 finalçılar müəyyənləşir - YENİLƏNİB

03:27 28 Fevral 2020

Bu gün Avropa Liqasında 1/16 final mərhələsi başa çatıb.

 

Sportarena.az xəbər verir ki, cavab mərhələsi çərçivəsində daha 15 matç keçirilib.Türkiyənin avrokuboklardakı tək təmsilçisi "Başakşəhər" də meydana çıxıb. İlk matçda səfərdə "Sportinq"ə 1:3 uduzan İstanbul təmsilçisi cavab görüşündə sərfəli nəticə qazanmağa çalışıb.

 

 

Avropa Liqası, 1/16 final mərhələsi

 

"Portu” (Portuqaliya) – “Bayer” (Leverkuzen, Almaniya) – 1:3, (birinci oyun – 1:2);

“Espanyol” (İspaniya) – “Vulverhempton” (İngiltərə) - 3:2, (0:4);

“Bazel” (İsveçrə) - APOEL (Kipr) – 1:0, (3:0);

“Gent” (Belçika) – “Roma” (İtaliya) - 1:1, (0:1);

LASK (Avstriya) – “AZ Alkmaar” (Hollandiya) - 2:0, (1:1);

“Malmö” (İsveç) – “Volfsburq” (Almaniya) - 0:3, (1:2);

"Başakşehir" (Türkiyə) - "Sportinq" (Portuqaliya) - 4:1 (əlavə vaxt - 1:0), (1:3);

"Ayaks" (Hollandiya) - "Xetafe" (İspaniya) - 2:1, (0:2);

"Arsenal" (London, İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 1:2 (əlavə vaxt - 1:1), (1:0);

"Benfika" (Portuqaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 3:3, (1:2);

"Seltik" (Şotlandiya) - "Kopenhagen" (Danimarka) - 1:3, (1:1);

“İnter" (İtaliya) - "Lüdoqorets" (Bolqarıstan) - (2:1), (2:0);

"Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika) - 5:0, (1:1);

"Sevilya" (İspaniya) - ÇFR (Rumıniya) - 0:0, (1:1);

"Zaltsburq" (Avstriya) - "Ayntraxt" (Frankfurt, Almaniya) görüşü təxirə salınıb. (1:4);

"Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) - 0:1, (2:3).

Qalib komandalar 1/8 finala yüksəliblər.


Digər xəbərlər

Xəbər xətti