Kosovo Futbol Federasiyasının prezidenti Aqim Ademi həbs olunub.
Sportarena.az xəbər verir ki, o, rüşvət verməyə cəhd etdiyi üçün 9 ay müddətinə azadlıqdan məhrum edilib.2012-ci ildə Ademi və yaxın dostu daşınmaz əmlakla bağlı saxta sənədləri Priştinadakı bələdiyyədən 30 min avro və ya maşın müqabilində almağa çalışıblar.
Aqim Ademi 2018-ci ildə Kosovo Futbol Federasiyasının sabiq rəhbəri Fadil Vokrrinin qəfil vəfatından qurumun prezidenti olub. 58 yaşlı funksioner daha öncə federasiyada vitse-prezident idi.