Avropa Liqasının 1/16 final mərhələsində bu gün keçirilməli olan "Zalstburq" (Avstriya) - "Ayntraxt" (Almaniya) oyunu təxirə salınıb.
Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, oyunun təxirə salınmasına səbəb fırtına xəbərdarlığı olub.
Qeyd edək ki, Zalstburqda küləyin sürətinin saatda 120 km-ə çatacağı gözlənilir. Qarşılaşmanın yeni tarixi barədə daha sonra məlumat veriləcək.Bu komandalar arasında Frankfurtda baş tutan ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.