“Qarabağ”ın müdafiəçisi Ailton Ferreyra komandanı tərk edə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Qeyd edilir ki, icarə əsasında Ağdam klubunda çıxış edən futbolçu üçün müqavilə ilə məxsus olduğu “Ştutqart” 1,5 milyon transfer məbləği tələb edir. “Qarabağ”ın bu pulu ödəyəcəyi inandırıcı deyil.