Azərbaycanın gənc şahmatçısı Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalında parlaq qələbəyə imza atıb.
Sportarena.az xəbər verir ki, festivalın güclü A turnirində 9 turdan 6,5 xal toplayan Aydın Süleymanlı festivalın qalibi olub. Onunla eyni xala malik olan komandamızın üzvü Rauf Məmmədov isə əlavə göstəricilərə görə üçüncü yeri tutub. A turnirində digər şahmatçımız Vüqar Əsədli 6 xalla altıncı pillədə qərarlaşıb.
Yarışın B turnirində mübarizə aparan Məhəmməd Muradlı isə 6,5 xalla dördüncü olub.