Qlobal təhlükəyə çevrilən koronovirus daha bir idmançının həyatına son qoyub.
Sportarena.az xəbər verir ki, qadın futzalçılardan ibarət İran millisinin sabiq üzvü Elham Şeyxi koronavirusdan dünyasını dəyişib. İnformasiyanı yerli mətbuat yayıb.Qum şəhərində ölümcül virusa yoluxan 23 yaşlı futzalçının həyatını xilas etmək mümkün olmayıb. Şeyxi İsfahanın "Sepahan” klubunda da top qovub.
Qeyd edək ki, İranda rəsmi məlumatlara görə, koronavirusdan ölənlərin sayı 26 nəfərdi. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.