“Marafon” – “Araz” oyununun yeri dəyişdirildi

17:04 28 Fevral 2020

Futzal üzrə yüksək liqanın 15-ci turu çərçivəsində keçirilməli olan “Marafon” – “Araz” oyununun məkanı dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma əvvəlcədən elan olunduğu kimi “Olimpik Star”da deyil, Bakı İdman Sarayında keçiriləcək.Martın 2-də saat 14:00-da keçiriləcək görüş CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Fevralın 20-də bu komandalar arasında keçirilmiş oyun hakimlərin yanlış qərarı üzündən yarımçıq dayandırılmışdı.


Digər xəbərlər

Xəbər xətti